I divizionun 2016/17 mövsümünün qalibi olan “Turan Tovuz”a qızıl medallar və çempionluq kuboku təqdim olunub.
Fanat.Az xəbər verir ki, bu gün keçirilən “Turan Tovuz” - “Qaradağ Lökbatan” oyunundan sonra Peşəkar Futbol Liqası tərəfindən mükafatlandırma mərasimi təşkil edilib.
Çempion komandaya medalları və kuboku Peşəkar Futbol Liqasının direktoru Məlik Həsənov, eləcə də veteran futbolçular, AFFA İcraiyyə Komitəsinin üzvləri Vaqif Sadıqov və İsgəndər Cavadov təqdim edib.
Fanat.Az