14:35 28.04.2017 688

"Klublar nə vaxta qədər AFFA-nın hesabına yaşayacaq?"

"Hamının bir fikri var - “Turan Tovuz” güclülər dəstəsində çıxış etməlidir və Azərbaycan futbolunu bu komandasız təsəvvür etmək mümkün deyil. Lakin fikir, istək başqa, reallıq başqadır. Azərbaycan futbolunun inkişafını istəyiriksə, bu komanda mütləq Premyer Liqada çıxış etməlidir".


Bunu Tovuzun "Turan" klubunun sabiq prezidenti Vidadi Əhmədov "Turan Tovuz"un Azərbaycan Premyer Liqasına I Divizionun qalibi kimi vəsiqə qazanmasına münasibət bildirərkən deyib.


V.Əhmədov bildirib ki, bu komandanın elitada təmsil olunmasına çalışmaq lazımdır: "Əlbəttə, I divizionda da futbol oynayırlar. Amma bunlar fərqli yarışlardır. Premyer Liqanın öz tələbləri var. Bütün yaş qrupları üzrə komandalar təşkil etməyə məcbur olacaqlar. Uşaqları o qədər ora-bura aparıblar ki... Olmazmı ki, həmin məktəblər Tovuzda təşkil olunsun? Hazırda komandanın heyətində bir-iki nəfəri çıxmaqla, hamısı yerli uşaqlardır".


Sabiq klub prezidentinin fikrincə, "Turan Tovuz"un Premyer Liqada çıxış etməsi üçün ildə azı 600-700 min manat vəsait lazımdır. Bunun 500 min manatı lisenzilaşmanın tələblərinə əsasən, bank təminatı üçündür: "AFFA-ya klublara yardım etdiyi üçün təşəkkürümüzü bildiririk. Çox iş görüblər. Təəssüf ki, çatdırmaq çətindir. Kənardan baxan adama həmişə asan gəlir. Özüm bu işlərin içində olmuşam, futbol klubu nə deməkdir – yaxşı bilirəm. Böyük vəsait lazımdır".


V.Əhmədov tovuzlu iş adamlarının fərdi qaydada hansısa iş görmələrinin mümkünlüyünü dilə gətirsə də, birgə işin görülmədiyini vurğulayıb. O, hazırda özünün elə bir imkana malik olmadığını söyləyib: "İndiki məqamda komandanı saxlaya biləcək min adamdan biri ola bilərəm. Ən böyük arzum “Turan Tovuz”un yaşaması və Azərbaycan Premyer Liqasında təmsil olunmasıdır. Toplantı keçirilsə və fikir mübadiləsi aparılsa, bəlkə də, nəticə əldə etmək olar".


Keçmiş klub rəhbəri məsələyə qlobal yanaşaraq, idmana dəstək verən iş adamlarının Vergidən azad olunmalarını məqsədəuyğun sayıb: "Əvvələr Azərbaycan qanunvericiliyində mənfəət vergisindən azad olunma kimi bənd var idi, indi xəbərsizəm. Vergidən tam azad etmək mümkün olmasa da, başqa imtiyazlar vermək olar. Başqa ölkələrin təcrübəsinə müraciət etmək lazımdır. Klublar nə vaxta qədər AFFA-nın hesabına yaşayacaq? Dəyişikliklər tətbiq edilməli, digər varinatlar gözdən keçirilməlidir. Çıxış yolu yalnız budur: digər ölkələrin təcrübəsinə müraciət etməliyik".


Qeyd edək ki, Vidadi Əhmədov 1992 - 2002-ci illərdə "Turan"ın prezidenti olub. Klub ən ciddi uğurlarına V.Əhmədovun rəhbərliyi altında imza atıb. 1994-cü ildə Azərbaycan çempionluğunu qazanan Tovuz komandası 1995-ci ildə gümüş, 1992 və 1993-cü illərdə bürünc medallara layiq görülüb.


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

26 May 2025
00:33

Türkiyə Super Liqası: "Beşiktaş" öz meydanında uduzdu

25 May 2025
23:40

İPL: 2024/2025 mövsümünə yekun vuruldu

23:08

Baxşıyevə müqavilə təklif edilməyib: "Burada olsam da, olmasam da..."

22:48

"Klub rəhbərliyinin futbolu bu qədər sevməsi bizi sevindirir" - Rəşad Sadıqov

22:24

"Mançester Yunayted" 3 futbolçusu ilə əməkdaşlığa son qoydu - RƏSMİ

21:39

"Rəqiblər bizə qarşı müdafiədən oynayırlar" - Elşad Quliyev

21:28

MPL-də mövsüm bitdi: Qərb derbisində darmadağın, "Zirə" "Araz-Naxçıvan"ı yendi

20:43

Azərbaycan triatlonçularından "qızıl" və "gümüş"

20:26

DÇ: Azərbaycan millisi qrup lideri qismində 1/8 finala yüksəldi

19:37

Kurban Berdiyev 4:0-ı belə dəyərləndirdi

19:09

Azər Bağırov "Kəpəz"dən getdi: "Oyunun nəticəsi başlamamışdan bəlli idi"

18:22

Ançelotti "Real"da qazandığı mükafatları nümayiş etdirdi - FOTO

17:56

Azərbaycan millisi Avropa Superfinalına vəsiqə qazandı

17:28

Amorim Fernandeşin MY-dən gedəcəyi ilə bağlı məlumatlara belə münasibət bildirdi

16:39

AFFA U-17 Qızlar Liqasının qalibləri mükafatlandırıldı

16:13

"Şamaxı"nın kapitanı karyerasını bitirdi

15:56

Xulian Alvaresin taleyinin necə olacağı bilindi

15:25

"Sumqayıt" rekordunu təkrarladı

14:52

De Bröynenin yeni klubu da açıqlandı, maaşı da

14:09

"Real Madrid" Alonsonun baş məşqçi postuna təyinatını açıqladı

13:51

"Milan"ın 75 milyonluq ulduzu İngiltərə nəhəngi ilə danışıqlara başladı

13:04

Erik ten Haq sabah yeni klubu ilə müqavilə bağlayacaq

12:39

Azərbaycanın veteran cüdoçularından AÇ-də daha 2 medal

12:16

Messi Ronaldinyonu geridə qoydu

11:54

Bakıda UEFA-nın dəstəyi ilə futbol festivalı keçirildi

11:07

ÇL-in qalibi Xaviyə rəsmi təklif göndərdi

10:47

Azər Salahlı yubiley matçına çıxıb

10:24

"Qarabağ" rekordunu təkrarladı

09:42

Günün oyunları bu kanallarda - AFİŞA

01:27

İspaniya La Liqası: "Real Madrid" Ançelottini zəfərlə yola saldı

01:04

İtaliya A Seriyası: "Milan" mövsümü qələbə ilə başa vurdu

00:08

Minifutbol: İkinci tura yekun vuruldu

24 May 2025
23:50

"Şamaxı"dan 5-i getdi, 4-ü qaldı, 1-i gəldi

23:31

"Bu qələbə kubok oyununda bizə özgüvən verəcək" - Vasili Berezutski

23:10

Murad Musayev Rusiya çempionu oldu

22:43

"Seleksiyaya çoxdan başlamışıq" - Samir Abasov

22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

Facebookdan bizi izləməyi unutmayın.
X