“Səbail”in baş məşqçi postuna 3 real namizəd var. Fanat.Az-a etibarlı mənbədən verilən məlumata görə, Premyer Liqanın debütantı bir ay öncə Samir Əliyevlə bu haqda danışıb.
Əliyev öz şərtlərini irəli sürüb və indiyədək “Səbail” rəhbərliyi məsələyə qayıtmayıb. İkinci namizəd AZAL-ın çalışdırıcısı Tərlan Əhmədovdu. “Təyyarəçilər”in elitadan getməsi Əhmədov varinatını da aktuallaşdırıb. Tərlan bəyin son vaxtlar klub idarəçilərinin tez-tez üz tutduğu, rəhbərliyə yaxın adamlardan birinə məxsus məkanda - “Samovar”da görünməsi təsadüfi deyil. Həeçənd şöhrət ordenli ağsaqqalı – Ağasəlim Mircavadovu da debütantın “sükanı arxası”nda görsəz, təəccüblənməyin. Mircavadov da “Səbail”ə təklif olunub. Bizi izləyin...
Fanat.Az