“Son dünya çempionuyla üz-üzə gələcəyik. Rəqibin çox güclü olduğunu bilirik”. Fanat.Az xəbər verir ki, bu sözləri millimizin yarımmüdafiəçisi Cavid Hüseynov deyib.
DÇ-2018-in seçmə mərhələsinin son oyunundan - bu gün Kayzarslauterndə keçiriləcək Almaniya - Azəarbaycan görüşündən əvvəl düzənlənən mətbuat konfransına qatılan Cavidin matçla bağlı fikirləri belə olub: “Tsiklin əvvəlindən heç bir rəqibdən qorxmamışıq, açıq futbol oynamışıq. Düzdü, potensialımıza uyğun xal toplaya bilmədik. Daha yüksək nəticə gözləyirdik. Çexiya ilə son matçda da nəticə ürəkaçan olmadı. Bu, bizi bir az ruhdan saldı. Sabah da layiqli mübarizə aparacağıq, qorxaq futbol oynamayacağıq. Bəzi fikirlər var ki, almanlar böyük fərqlə qalib gələcəklər. Çalışacağıq ki, buna imkan verməyək”.
Futbolçu Almaniya Futbol Federasiyasının prezidentinin həbsi ilə bağlı fikirlərinə də münasibət bildirib: “Nəyə görə bu məsələyə toxunduğunu bilmirəm. Mən peşəkar futbolçuyam, öz işimlə məşğulam. Allah mənə ikinci şansı veribsə, öz sevdiyim peşə ilə məşğul olmalıyam”.
Fanat.Az