Neymarın PSJ-yə keçidinə əngəl ola, "Liverpul"dan Filip Koutinyonu ala bilməyən "Barselona"nın yeni hədəfi müəyyənləşib. Fanat.Az xəbər verir ki, Kataloniya klubu "Atletiko"dan Antoine Qrizmannı hədəfə alıb.
Bu barədə "El Mundo Deportivo" məlumat yayıb. Qəzet iddia edir ki, "Barselona" fransız ulduzun müqaviləsindəki sərbəst qalma maddəsindən yararlanacaq. Həmin maddəyə əsasən 100 milyon avro ödəniləcəyi halda Qrizmann istənilən kluba keçə bilər. "Barselona" məhz 100 milyon avronu ödəməklə fransız ulduzu heyitən qatacaq.
Qeyd edək ki, "Atletiko" Qrizmannı 2014-cü ildə "Real Sosyedad"dan 30 milyon avroya almışdı. Hazırda "Transfermarkt"ın 80 milyon avro qiymət qoyduğu fransız ulduzun yayda "Mançester Yunayted"ə transferi gündəmdə idi. Lakin "Atletiko" transfer qadağası səbəbindən keçidə icazə verməmişdi.
Fanat.Az