18:08 13.10.2017 1668

Qurban Qurbanov: "Himn oxumadığı üçün Rahidi içəri basmaq lazımdı?"


"İnter"ə qarşı hər zaman olduğu kimi bu gün də oynamaq çətin idi. Futbolçularımız qələbə üçün sona qədər çalışdılar, mübarizə apardılar. "İnter"in problemləri osla da, yaxşı təsir bağışladı. Xüsusilə də müdafiədə diqqətli oynadılar".

Bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının VIII turunda "İnter” üzərində 2:0 hesablı qələbə qazandıqları oyun haqda danışarkən deyib. 45 yaşlı mütəxəssis bildirib ki, zədələri sağalan Dani Kintana, Riçard Almeyda və Yakub Jezniçak süni meydan amilinə görə "İnter"lə görüşdə iştirak etməyiblər. Qurbanov jurnalistlərin digər suallarını da cavablandırıb...

- Miçel Maderanın durumu necədir? 
- Dünən və bu gün fərdi qaydada məşq edib. Durumu ilə bağlı dəqiq məlumat verə bilməyəcəyəm. "Atletiko"ya qarşı oynayacağı bilinmir. 

- Rahid Əmirquliyevin Azərbaycan millisinin kapitanı kimi Almaniya ilə görüşdə dövlət himnini oxumaması müzakirələrə səbəb oldu. Buna sizin münasibətiniz necədir? 
- Siz elə deyirsiniz ki, Rahidi aparıb içəri salmaq lazımdır. Futbolçunun üstünə bu cür aqressiv getmək olmaz. Himn oxumamaq vətəni sevib-sevməmək anlamına gəlmir. Rahidin necə əxlaqa sahib olduğunu da bilirik, vətənə sevgisini də. Açığı, bu barədə məlumatım yox idi. Azərbaycan futboluna 12-15 il xidmət edən futbolçulara hörmət etmək lazımdır. Rahid nümunəvi futbolçudur. Bir futbolçu və azərbaycanlı kimi həmişə Əmirquliyevə qibtə etmişəm. 

- Ağabala Ramazanov xeyli vaxtdır görünmür... 
- Zədəsi var. Hələ komandaya qoşulmayıb. Bir neçə günə bizimlə məşq edəcək. 

- Almaniya ilə oyunda yaxşı təsir bağışlayan Ramil Şeydayevi niyə meydana buraxmadınız? 
- Belə bir fikrim var idi. Lakin çox dəyişikliyə əl ata bilmədim. Matçın gedişatı buna imkan vermədi. Hər şey istədiyimiz kimi olsaydı, Maksim Medvedevi və Dani Kintananı da meydana buraxacaqdım. ("Report”)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

PSJ-nin ulduzu Türkiyə yolunda - Danışıqlar başladı

17:53

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

16:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

10:20

Klublararası dünya çempionatında son 1/4 finalçılar müəyyənləşir

10:01

"Beş-altı qol vura bilərdik" - Bernardu Silva "Əl-Hilal"a məğlubiyyətin səbəblərini dedi

09:23

David Ançelotti atasının "Real"da gənclərə güvənməməsindən danışdı - "Onlara böyük pullar yatırılıb"

09:00

"Mançester Siti" "Əl-Hilal"la bacarmadı

01:05

Klublararası dünya çempionatı: "İnter"i İtaliyaya erkən göndərdilər

30 İyun 2025
23:50

Azərbaycanın 3 güləşçisi finala yüksəldi

23:15

Arda Turan "Fənərbağça"nın 2 futbolçusunu "Şaxtyor"a aparır - SON DURUM

22:41

"Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə..." - Leon Qoretska

22:02

Premyer Liqa klubu 5 futbolçu ilə yollarını ayırdı - ADLAR

21:40

Rəşad Sadıqov "Qarabağ"la oyundan nə danışdı?

21:14

"Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil" - Qurban Qurbanov

20:55

"Milan" millinin üzvü ilə vidalaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X