“Simurq” öz loqosunda dəyişiklik etmək qərarına gəlib. Komanda bununla bağlı müsabiqə elan edir. Loqo hazırlamağı bacaran hər bir kəs 11 iyun 2013-cü ilə qədər öz əl işlərini [email protected] ünvanına göndərə bilər. Qalib seçilən şəxs klub tərəfindən pul mükafatı əldə edəcək.
Qeyd edək ki, göndərilən loqolarda simurq quşunun eskizi, qala, o cümlədən Zaqatala, “Simurq” və klubun yaranma tarixinin qeyd edilməsi mütləqdir.
İdman24.az