Ötən mövsüm həftəlik 55 min avro qazancı olan 4 illik bir müqaviləyə imza atan Dele Alli "Tottenhem" rəhbərliyi ilə yenidən masaya oturmaq istəyir.
Fanat.Az xəbər verir ki, dünya nəhənglərinin nəzərində oln ulduz futbolçu "Tottenhem"də ən çox qazanan futbolçu olmaq niyyətindədi.
"The Sun"un yaydığı xəbərə görə Alli klubdan indiki qazancının 3 qatı qədər gəlir əldə edəcəyi bir müqavilə tələb edir. Bu da o deməkdi ki, tərəflər razılaşacağı təqdirdə futbolçu həftəyə 170 min avro qazanacaq.
Fanat.Az