Türkiyə Super Liqasında daha bir baş məşqçi istefası reallaşıb. Fanat.Az xəbər verir ki, "Trabzonspor" Ersun Yanalla yollarını ayırıb.
Buna səbəb komandanın uğursuz çıxışı olub. Mövsümə uğursuz başlayan komanda dünən doğma meydanda "Akhisar Bələdiyyəspor"a 1:6 hesabı ilə yenilib. Bu rəhbərliyin səbr kasasını daşırıb və Ersun Yanala qapını göstərib.
Qeyd edək ki, "Trabzonspor" 8 turdan sonra 9 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Fanat.Az