Türkiyə Supkr Liqasının "Gənclərbirliyi" - "Beşiktaş" matçının 19-cu dəqiqəsində Ankara klubunun futbolçusu Uğur Çıftçi ilə matçın yan xətt hakimi Ekrem Kan arasında ilginc dialoq baş tutub.
Fanat.Az xəbər verir ki, Uğurun arxasından gəlib topu ələ keçirən Jeremain Lensin zərbəsindən sonra top auta çıxıb. Bu zaman "Gənclərbirliyi"nin futbolçusu "Hoca ofsayd" qışqırıb.
Ekrem Kanın buna cavabı isə "100 metr arxadan gəlir, sən adamı əldən qaçırırsan" olub. Buna hirslənən Uğur "Mən məninlə normal danışıram, mənimlə belə danışma" deyib.
Fanat.Az