Fatih Terim Türkiyə millisinin heyətini açıqlayıb. Fanat.az xəbər verir ki, "İmperator" Macarıstan və Hollandiya ilə oyunlar üçün 24 futbolçuya dəvət göndərib.
Terim "Fənərbaxça"dan 6, "Beşiktaş"dan 5, "Qalatasaray"dan 4, "Trabzonspor"dan 3, "Qaziantepspor" və "Kayserispor"dan 1 futbolçunu yığmaya çağırıb. Daha 4 futbolçusu isə "Atletiko", "Borussiya" (Dortmund), "Bayer" və "Hamburq"u təmsil edir. "Sent-Etyenn"dən Mevlut Erdinç isə heyətə salınmayıb.
Volkan Demirel, Caner Erkin, Alper Potuk, Gökhan Gönül, Hasan Ali Kaldırım, Mehmet Topal (hamısı "Fənərbaxça"), Olcay Şahan, Gökhan Töre, Ersan Gülüm, Mustafa Pektemek, Tolqa Zengin (hamısı "Beşiktaş"), Burak Yılmaz, Umut Bulut, Seluk İnan, Semih Kaya (hamısı "Qalatasaray"), Onur Recep Kıvrak, Olcan Adın, Aykut Demir (hamısı "Trabzonspor"), Cenk Tosun (Qaziantepspor), Salih Dursun (Kayserispor), Arda Turan (Atletiko, İspaniya), Nuri Şahin (Borussiya D, Almaniya), Ömer Toprak (Bayer, Almaniya), Hakan Çalhanoğlu (Hamburq, Almaniya).