"Qarabağ"ın Çempionlar Liqasındakı rəqiblərindən olan "Çelsi"nin qapıçısı Tibo Kurtua İngiltərə Premyer Liqasının son turunda autsayder "Kristal Pelas"dan aldıqları 1:2 hesablı yenilgidən danışıb. Fanat.Az xəbər verir ki, əlcək sahibi "zadəganlar"ın rəsmi saytına verdiyi açıqlamada məğlubiyyətin səbəbini açıqlayıb:
"Bir neçə zədəli oyunçumuz var. Amma bu, məğlubiyyətin əsl səbəbi sayıla bilməz. Heç millilərin oyunlarına görə yaranan fasiləni də bəhanə edə bilmərik. Sadəcə, öz üzərimizdə lazım olan qədər işləməliyik. Bütün oyunlara böyük məsuliyyətlə yanaşmaq, ilk dəqiqələrdən matça ağırlıq qoymaq şərtdi. "Kristal Pelas"ı yenmək və liderlər qrupunda qalmaq istəyirdik. Belə desək, bizim günümüz deyildi. Qarşıda "Roma"yla Çempionlar Liqası çərçivəsində keçirəcəyimiz çətin matç var. Toparlanmalı və yolumuza davam etməliyik".
Fanat.Az