İngiltərənin "Nyuksl" klubu "Beşiktaş"ın və Türkiyə millisinin futbolçusu Cenk Tosunu transfer etmək istəyir. Fanat.Az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yazıb.
İddiaya görə, bir müddətdi türk futbolçunu izləyən Premyer Liqa klubunun skautları onunla bağlı hesabatı baş məşqçi Rafael Benitesə təqdim edib. İspan mütəxəssis Cenkin transferinə razılıq verib.
Bildirilir ki, "Nyukasl" rəhbərliyi tür forvardın transferinə 15 milyon funt-sterlinq (Bugünki məzənnə ilə 33,8 milyon manat) büdcə ayırıb. Premyer Liqa klubu bu məbləğlə qış fasiləsində "Beşiktaş"a müraciət edəcək.
Fanat.Az