İngilis iş qadını Amanda Staveli "Nyukasl" klubunu satın alman istəyir. Fanat.Az xəbər verir ki, qadın biznesmen Maykl Eşlinin sahibi olduğu Premyer Liqa klubu üçün 300 milyon funt-sterlinq təklif edib.
Bu barədə "Daily Mail" məlumat yayıb. "PCP Capital" şirkətinin saşibi olan Amanda artıq klubun hazırkı sahibinə bu barədə müraciət edib. Maykl Eşlinin klubu "Nyukasl" üçün 400 milyon funt-sterlinq istədiyi bildirilir.
Qeyd edək ki, Amanda şahzadə Andrey Vindsorun keçmiş sevgilisidi. O, "Mançester Siti"nin 2008-ci ildə Şeyx Mansura satışında iştirak edib. Amanda ötən il "Liverpul"u çinli iş adamlarına satmağa çalışmış, amma məqsədinə çatmamışdı. Onun "PCP Capital" şirkəti 28 böyük şirkətin kapitalını idarə edir.
Fanat.Az