Ötən gecə keçirilən oyunlardan sonra iki futbolçu Çempionlar Liqasının tarixinə düşüb. Fanat.Az xəbər verir ki, bunlardan biri Kilian Mbappe olub.
PSJ-nin "Monako"dan icarəyə götürdüyü, yayda 180 milyon avro ödəyərək transfer hüququnu alacağı 18 yaşlı ulduz Çempionlar Liqasıda ən çox qol vuran gənc oyunçu olub. "Anderlext"lə matçda fərqlənən Mbappe turnirdə vurduğu qolların sayını 8-ə çatdırıb. İndiyədək 20 yaşından aşağı heç bir futbolçu bu qədər qol vura bilməmişdi. Fransız ulduzdan əvvəl Çempionlar Liqasında ən çox qol vurmuş gənc futbolçu Patrik Kluyvert idi.
Qeyd edək ki, Mbappe Çempionlar Liqasında "Monako"nun heyətində 6, PSJ-də 2 qol vurub.
"Benfika"nın qapıçısı Mile Svilar də Çempionlar Liqasının tarixinə düşüb. 18 yaşlı belçikalı qolkiper "Mançester Yunayted"lə oyunda meydana çıxaraq turnirdə forma geyinmiş ən gənc qapıçı olub.
Fanat.Az