"İndi Ramil Şeydayev "Qarabağ"da ehtiyatda oturur. Demək olar ki, meydana çıxmır. O, müqavilə üzrə "Trabzonspor"a məxsusdur. Şeydayevlə indi də əla münasibətlərimiz var. Hərdən yazışırıq. Peşman olduğunu hiss edirəm. Ona etibar edən məşqçi tapsa, hər şey alınacaq. Əks halda, klubları dolaşacaq. Bəlkə də Azərbaycanda itib-batacaq". Fanat.Az xəbər verir ki, bu sözləri Rusiyanın "Zenit-2" komandasının sabiq baş məşqçisi Vladislav Radimov deyib.
Mütəxəssis Azərbaycan millisində oynamağa qərar verən Ramil Şeydayevin klubdan ayrılması barədə danışı: "Ramil "Rubin"ə icarəyə verilmişdi. Orada baş məşqçi dəyişikliyi baş verdi. Şeydayev Kazandan pərişan qayıtmışdı. Bu, hiss olunurdu. Rusiya I Divizionunda "Zenit-2"nin heyətində 12 oyuna 10 qol vurdu. Bu qədər qol, sadəcə, bir möhür idi. Həmin il 16 qolla bombardir oldu. Yayda "Zenit"lə müqaviləsi başa çatdı. Şeydayevlə dəfələrlə söhbət etdim. O, elə bir insandır ki, heç vaxt "Mən qərar verdim" deməz. O, sözlərini belə ifadə etdi: "Nikolayiç, mənim variantlarım var". Vəssalam. Sonradan xəbər tuturam ki, hər şey həll olunub. Geriyə yol yoxdur. Açığı, vətəndaşlığını dəyişməsində atasının israrlı olub-olmadığını bilmirəm. Bu, "Zenit" və Rusiya üçün çox ciddi itkidir. Başa düşmürəm, belə bir oğlanı necə itirmək olar?!"
Fanat.Az