Xəbər verdiyimiz kimi, İspaniyanın məşhur idman nəşri "El Mundo Deportivo" "Atletiko"nun futbolçusu Yannik Karrasko haqqında dərc ediən məqalədə "Qarabağ" futbol klubu səhvən erməni klubu kimi təqdim edib.
Fanat.Az xəbər verir ki, qəzet yol verdiyi yanlışlığı aradan qaldırıb.
Azərbaycanın İspaniyadakı səfirliyinin müdaxiləsi nəticəsində nəşrin redaksiya heyəti yol verilən səhvə görə üzrxahlıq edib, sözügedən yazıdan həmin hissə çıxarılıb. Yazıya "Qarabağ" futbol klubunun Azərbaycana məxsus olması barədə məlumat əlavə olunub.
Fanat.Az