Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb. Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Azarkeşlər arasında keçirilən səsverməyə əsasən, "Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salah ən yaxşı oyunçu seçilib.
O, səslərin 51 faizini toplayıb. Cenk Tosun ("Beşiktaş”) 2-ci, Kuinsi Promes ("Spartak") 3-cü olub.
Qeyd edək ki, misirli futbolçu Çempionlar Liqasının qrup mərhələsində "Maribor”la oyunda (7:0) iki qol vurub və bir məhsuldar ötürmə edib.
Fanat.Az