"Real" 17 yaşlı futbolçu transfer edir. Fanat.Az xəbər verir ki, Madrid təmsilçisi Braziliyanın "Palmeryas" klubunda çıxış edən Alanı heyətinə qatır.
Bu barədə "AS" qəzeti məlumat yayıb. Bildirilir ki, U-17-lər arasındakı dünya çempionatında özünü yaxşı tərəfdən göstərən 17 yaşlı yarımmüdafiəçi "Real"a keçməyə yaxındı. "Kral Klubu" onun müqaviləsindəki 50 milyon avroluq sərbəst qalma maddəsindən yararlanacaq.
Qeyd edək ki, tam adı Alan de Souza Guymaraeş olan futbolçu Braziliyanın U-17 yığmasında keçirdiyi 12 oyunda 3 qol vurub.
Fanat.Az