"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Zlatan İbrahimoviçlə bağlı açıqlama verib. Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis aprelin 20-də ciddi zədə alan isveçli ulduzun planlaşdırılan vaxtdan daha tez meydana dönə biləcəyini deyib:
"Zlatan burda, nəzarətimiz altında çalışır. Ondan gözlədiyimiz kimi, çox böyük həvəslə məşq edir. Amma təbii ki, gələn həftə və ya bir neçə həftə içində sağalmayacaq. 2017-ci il ərzində meydana dönəcəyinə inanıb-inanmadığımı soruşsanız, hə, buna inandığımı deyə bilərəm".
Fanat.Az