Madrid "Real”ı və "Barselona” kimi klubların transfer hədəfinə çevrilən Harri Keyn oynamaq istədiyi klubun adını açıqlayıb.
Fanat.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "Tottenhem”in forvardı ciddi təkliflərə rəğmən, Hotspur təmsilçisindən getməyə can atmır.
2004-cü ildən hazırkı klubunun uğurları üçün tər tökən hücumçu belə deyib: "Mən karyeram boyu bir klubun futbolçusu olmaq istəyirəm. Əlbəttə, hadisələrin sonrakı inkişafının hansı səmtə yönələcəyi də şərtdi. Belə məsələlərdə qərarı oyunçu təkbaşına vermir. Əla məşqçimiz, məşq bazamız, gənc və perspektivli komandamız var. Qısası, burda hər şey ürəyimcədi”.
Fanat.Az