İspaniya Peşəkar Futbol Liqası referendum keçirən Kataloniyanın müstəqilliyini elan edəcəyi halda "Barselona" və digər bölgə klublarının bu ölkənin liqalarında çıxış etməyəcəyini açıqlayıb. Fanat.Az xəbər verir ki, "Barselona" cəbhəsindən bu açıqlamaya cavab gəlib.
Baş verən siyasi hadisələr və referendumla bağlı danışan klubun prezidenti Yosep Bartomeu "Biz siyasi problemlərə daxil deyilik. La Liqada oynamağa davam etmək istəyirik" deyib.
Fanat.Az