Ukrayna Premyer Liqasında XIII turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, milli komandamızın müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya” da növbəti matçına çıxıb.
Pavelin komandası doğma meydanda “Veres Rivne” ilə üz-üzə gəlib və 1:1 hesablı heç-heçəyə razılaşıb. Oyuna start heyətində başlayan Paşayev 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Aleksandriya" turnir cədvəlində 10 xalla 12 klub arasında 9-cudu.
Fanat.Az