Portuqaliya sequndasında X turun oyunları keçirilir.
Fanat.az xəbər verir ki, U-21 millimizin üzvü Budaq Nəsirovun komandası "Sportinq” B də növbəti matçına çıxıb. "Zolaqlılar” səfərdə "Penafil”lə üz-üzə gəlib 1:4 hesablı darmadağına üzülüb. Oyuna start heyətində başlayan Nəsirov 76-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 10 oyuna 13 xal toplayan "Sportinq” B turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Fanat.Az