Avropa mediası "Qalatasaray"lı futbolçuların adlarını transfer bazarında davamlı olaraq ön planda tutmağa davam edir.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, italyan mətbuatı "Napoli"nin Burak Yılmazdan sonra Cimbomun oyunçusu Səlcuq İnana da təklif göndərdiyi iddiasını irəli sürdü.
10 gün əvvəl Burak Yılmazı transfer etmək üçün "Qalatasaray"ın icraçı direktoru Lutfi Arıboğanla görüşən "Napoli" İdman Direktoru Riccardo Bigon kluba 13 milyon avro təklif etmişdi. Ancaq "Qalatasaray" rəhbərliyi bu təkliflə razılaşmamışdı. Həmin görüşdə Riccardo Bigonun Cimbomdan Səlcuq İnanı da istədiyi ortaya çıxdı.
İdman24.az