Albaniyanın elitasında VII turun oyunları keçirilir.
Fanat.az xəbər verir ki, Robert Prosineçkinin milliyə layiq saymadığı Rauf Əliyevin komandası “Kukesi” də növbəti görüşünə çıxıb.
Sözügedən kollektiv səfərdə “Luftetari” ilə üzüzə gəlib və 3:0 hesablı darmadağına sevinib. Matça ilk "11-lik"də başlayan Əliyev 73-cü dəqiqədə vurduğu qolla darmadağını rəsmiləşdirib. Beləliklə, həmyerlimiz ardıcıl 3-cü çempionat matçında meydanı qolsuz tərk etməyib.
Qeyd edək ki, 7 oyuna 16 xal yığan “Kukesi” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Fanat.Az