Bu gün Topaz Premyer Liqasında IX tura yekun vurulub. Fanat.Az xəbər verir ki, turun son matçında "Qəbələ” "Qarabağ"ı qəbul edib.
"Köhlən atlar" "Qəbələ” ilə görüşdə uğurlu nəticə qazanmaq, liderliyini sürdürmək istəyirdi. Turun mərkəzi oyununda erkən qol vuran meydan sahibləri üstünlüyünü sonadək qoruyub və Ağdam təmsilçisinə mövsümdə ilk yenilgisini yaşadıb. Nəticədə Roman Qriqorçukun komandası "Zirə”nin də uduzmasından yararlanaraq ikinci pilləni ələ keçirib.
Topaz Premyer Liqası
IX tur
22 oktyabr
"Qəbələ” – "Qarabağ” - 1:0
Qol: Asif Məmmədov, 8
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Rauf Cabbarov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ şəhər stadionu
"Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 16. Dion Omar Malone, 28. Stiven Monroz, 34. Urfan Abbasov
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 7. Alen Akserov, 10. Ruslan Qurbanov, 12. Endi Hallidey, 29. Hacıağa Hacıyev, 45. Famussa Kone, 70. Ülvi İsgəndərov, 88. Tellur Mütəllimov, 90. Ekiqo Ehiosun
Baş məşqçi: Roman Qriqorçuk
"Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 7. Rahid Əmirquliyev, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 77. Donald Qerye, 90. Ramil Şeydayev
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 8. Markos Madera, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 21. Arif Daşdəmirov, 30. Abbas Hüseynov, 70. Nicat Süleymanov, 88. Elşən Abdullayev, 99. Dani Kintana
Baş məşqçi: Qurban Qurbanov
Fanat.Az