Türkiyə Super Liqasının IX turunun "Kayserispor" - "Konyaspor" matçında maraqlı hadisə baş verib. Fanat.Az xəbər verir ki, qarşılaşmanın ikinci yarısında iki qol vuraraq qələbə qazanan meydan sahiblərinin baş məşqçisi Marius Sumudika hakimi öpüb.
Oyunun 64-cü dəqiqəsində Rayan Mendesin vurduğu qoldan sonra rumın mütəxəssis əvvəlcə futbolçularını qucaqlayıb ve komandasının fransalı müdafiəçisi Jean Armel Kana Biyiki öpərkən sürətini saxlaya bilməyərək köməkçi-hakim Kemal Yılmazı da öpüb.
Fanat.Az