FİFA bu dəqiqələrdə Londonda - "Palladium” teatrında düzənlənən "The Best” adlı tədbirdə ötən ilin ən yaxşılarını mükafatlandırır. Fanat.Az xəbər verir ki, müxtəlif nominasiyalarda zirvəyə layiq olanlar müəyyənləşir.
Ən yaxşı baş məşqçisinin kimliyinə aydınlıq gəlib. Madrid "Real”ının baş məşqçisi Zinəddin Zidan 2017-ci ilin ən yaxşı çalışdırıcısı seçilib.
Zidan ötən mövsüm "Real”la İspaniya La Liqasının və Çempionlar Liqasının qalibi olub.
Fanat.Az