İngiltərənin paytaxtı Londonda ötən ilin ən yaxşıları mükafatlandırılıb. Fanat.az xəbər verir ki, "Palladium” teatrında düzənlənən "The Best” adlı tədbirdə FİFA müxtəlif nominasiyalar üzrə ən yaxşıları müəyyənləşdirib.
2017-ci ilin "fair-play” mükafatı Toqo yığmasının və Çexiyanın "Zbryovko Brno” komandasının oyunçusu Fransis Koneyə çatıb.
Afrikalı rəqib futbolçunun dilini tutaraq ölümdən xilas etdiyi üçün bu mükafata sahib çıxıb.
Fanat.Az