Londondakı "Palladium” teatrında keçirilən "The Best” adlı tədbirdə FİFA müxtəlif nominasiyalar üzrə ən yaxşıları mükafatlandırıb. Fanat.Az xəbər verir ki, tədbirin sonunda ən yaxşı kişi futbolçunun kimliyi müəyyənləşib.
Portuqaliyalı superulduz Kriştiano Ronaldo ("Real Madrid”, İspaniya), Lionel Messini ("Barselona”, İspaniya) və Neymarı (PSJ, Fransa) qabaqlayıb.
Qalibin adını canlı əfsanələr - Dieqo Maradona və Ronaldo Luis Nazario açıqlayıb.
Qeyd edək ki, Çempionlar Liqasının son bombardiri olan Ronaldo ötən mövsüm ÇL-in, İspaniya La Liqasının və klublararası dünya çempionatının qalibi olub.
Fanat.Az