19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyev Çexiyada ilk qolunu vurub. Fanat.Az xəbər verir ki, "Slaviya"nın U-19 komandasında çıxıq edən futbolçumuz "Karvina" ilə oyunda fərqlənib.
"Slaviya" XI turda "Karvina"nı qəbul edib və 1:2 hesabı ilə uduzub. Fərid komandasının yeganə qolunun müəllifi olub.
Qeyd edək ki, Fərid dünən "Slaviya”nın U-21 komandasının "Yablonets”ə qarşı görüşünün (2:4) ikinci hissəsində də meydana daxil olmuşdu.
Fanat.Az