Avstriyanın 3-cü liqasında çıxış edən Vyana "Qarabağ"ı liderliyini itirib.
Fanat.Az xəbər verir ki, mübarizə apardığı çempionatın 13-cü turunda səfərdə "Ebrayxsdorf"un qonağı olan Elvin Bədəlovun komandası 0:2 hesabıyla uduzub. Bu yenilgi həmyerlilərimizə məxsus Vyana təmsilçisinin 4-cü pilləyə düşməsini şərtləndirib. Qalib tərəf isə turnir cədvəlində liderliyi ələ keçirib.
Hazırda 26 xalı olan "Qarabağ" yenildiyi zirvə sahibindən 1 xal geri qalır.
Fanat.Az