"Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev klubun ona ayırdığı xidməti maşından imtina edib. Fanat.Az xəbər verir ki, bu barədə xalq yazıçısı özü "vesti.az”a müsahibəsində danışıb:
"Uşaq vaxtı bütün dostlarım qonşuluqda yaşayırdı. Evdən məktəbə qədər isə yolum cəmi bir dəqiqə idi. Zəng çalınanda evdən çıxırdım, özümü dərsə çatdırırdım. Bu sakit həyat tərzini hələ də qoruyuram. Baxmayaraq ki, 30 ildən artıqdı Yazıçılar Birliyinin katibiyəm, hələ də xidməti maşınım yoxdu. Yeri gəlmişkən, rəhbərlikdə çalışan yeganə adamam ki, xidməti avtomobildən istifadə etmirəm. Mən ondan imtina etmişəm.
Bir vaxtlar "Neftçi”dən mənə maşın ayırdılar. "Zəiflik” göstərib onu qəbul etdim. Sonra isə maşını geri qaytardım. Ən yaxşısı heç kimdən asılı olmadan gəzməkdi. Həm də ciddi olmağı bacarmaq lazımdı”.
Qeyd edək ki, müsahibə zamanı Çingiz Abdullyev dəfələrlə AFFA-nın vitse-prezidenti Elşad Nəsirovla uşaqlıqdan dost olduğunu, bir məktəbdə oxuduğunu vurğulayıb.
Fanat.Az