AFFA "Kəpəz"i cərimə edib. Fanat.Az xəbər verir ki, Gəncə klubu bayraqlara görə ziyana düşüb.
Belə ki, "Kəpəz"lə "Neftçi"nin əvəzedici heyətləri arasındakı oyun zamanı stadionda tələb olunan bayraqlar olmayıb. Bu səbəbdən klub 400 manat cərimə edilib. "Neftçi" isə 4 futbolçusu sarı vərəqə aldığından eyni məbləği ödəyəcək.
"Qəbələ"nin futbolçusu Abbas Ağazadə "Qarabağ"la oyunun 89-cu dəqiqəsində ikinci sarı vərəqəni aldığından meydandan kənarlaşdırılıb. Futbolçu 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə edilib.
Fanat.Az