AFFA İntizam Komitəsinin bu gün baş tutan iclasında U-14 Liqasında keçirilən "İnter” – "Mançester Yunayted” oyununda yaşananlar müzakirəyə çıxarılıb.
Fanat.Az xəbər verir ki, "İnter”in futbolçusu Tural Əmirhüseynovun valideyni Müşviq Əmirhüseynovun futbol görüşlərinin keçirildiyi stadionlara girişi yasaqlanıb. Səbəb "Mançester Yunayted”lə oyunun ardından baş verən xoşagəlməz olaydı. Belə ki, oyun bitdikdən sonra "İnter”in futbolçuları "Mançester Yunayted”in avtobusuna yaxınlaşıb və iki komanda üzvləri arasında münaqişə yaranıb. İnsident zamanı Əmirhüseynov da diqqət mərkəzinə düşüb. O, "Mançester Yunayted”in oyunçusu Raul Məmmədovu vurub. Məhz uşağa endirdiyi bu zərbə valideynə ömürlük qadağa bahasına başa gəlib.
İntizam Komitəsi hər iki kluba təlim-tərbiyə işlərini daha yüksək səviyyədə aparmağı da tapşırıb.
Fanat.Az