İngiltərə Liqa Kubokunun "Tottenhem" - "Vest Hem" oyununun 70-ci dəqiqəsində qonaqların futbolçusu Angelo Oqbonnanın vurduğu qələbə qolu "Vest Hem"in rəsmi "Twitter" hesabınını adminini necə coşdurubsa, nə yazdığını bilməyib.
Fanat.Az xəbər verir ki, admin qolu səhifənin izləyicilərinə "jkdhfkjabskdfba" hərfləri ilə təqdim edib. O, Angelo Oqbonnanın fotosunu paylaşaraq "jkdhfkjabskdfba" yazıb.
Paylaşıma minlərlə retweet və "like" gəlib. Səhifənin admini səhvini anlasa da, paylaşımda düzəliş etməyib.
Qeyd edək ki, "Vest Hem" səfər oyununda "Tottenhem"ə 3:2 hesabı ilə qalib gəlib.
Fanat.Az