Milli komandamızın təlim-məşq toplanışı başlayıb. Fanat.az xəbər verir ki, yığma Şimali İrlandiya və Rusiya ilə oyunun hazırlıqlarına Berti Foqtsun rəhbərliyi altında start verib.
Almaniyanın "Kayzerslautern" və Türkiyənin "Eskişəhərspor" klublarının ikinci heyətində çıxış edən Rüfət Dadaşovla Ali Gökdemir yığmanın düşərgəsinə bu gün qoşulacaq. "Hannover 96"nın U-23 komandasının formasını geyinən Ali Gökdemir, "Rubin"də top qovan Ruslan Abışov və "Sivasspor"un formasını geyinən Cihan Özkara Bakıya sabah gələcək.