İndenoziya çempionatında vurulan qol dünyanın gündəminə çevirilib. Fanat.Az xəbər verir ki, futbolçu 70 metrlika məsafəni 9 saniyəyə qaçaraq topu qapıya vurmağı bacarıb.
Hadisə "Mitra Kukar" - "Borneo" matçında baş verib. Qonaqların 4:0 hesablı qələbə qazandığı matçın 71-ci dəqiqəsində Terens Puhiri rəqibinə daha yaxın olan topa çataraq qapıya doğru irəliləyib və qapıçını da keçərək komandasının üçüncü qolunu vurub. O, 70 metrlik məsafəni 9 saniyədə dəf edib.
Sosial media istifadəçiləri Terens Puhirini dünyanın ən sürətli adamı hesab olunan Usayn Boltla müqayisə edib. Yamaykalı atlet 100 metr məsafəni 9.58 saniyəyə qaçaraq rekord vurmuşdu.