Super Liqa təmsilçisi "Başakşəhər"in BeIN SPORTs-un və PSJ-nin sahibi Nasir Əl-Xelafiya satılacağı ilə bağlı xəbərlərə münasibət bildirilib. Fanat.Az xəbər verir ki, klubunvitse-prezidenti Mustafa Saral iddialarla bağlı danışıb.
O, klubun qətərli iş adamına satılacağı ilə bağlı xəbəri təkzib edib: "Onlarla bu məsələ ilə adi bir görüş belə keçirməmişik. Klubumuz qapalı şirkətdi. Belə bir görüş olsa, açıqlama yayaraq ictimaiyyəti məlumatlandırmağa məcburuq. Əsla belə bir satış müzakirə mövzusu deyil".
Fanat.Az