Millimizin üzvü Dəniz Yılmazın klubu "Bursaspor" Türkiyə kubokunda 1/16 final mərhələsinin oyununa çıxıb. Fanat.Az xəbər verir ki, komanda səfərdə aşağı liqa təmsilçisi "Altındağ"la qarşılaşıb.
Oyunun əsas və əlavə vaxtı qolsuz heç-heçə elə başa çatıb.
Penaltilərdə isə "Bursasspor" rəqibini yenərək (4:2) 1/8 finala yüksəlib.
Qeyd edək ki, oyuna start heyətində başlayan Dəniz Yılmaz sona qədər meydanda olub. Lakin ona penaltini yerinə yetirmək həvalə olunmayıb.
Fanat.Az