"Qalatasaray" İngiltərə klublarının maraq dairəsinə düşən Badou Ndiayeyə qiymət qoyub. Fanat.Az xəböər verir ki, İstanbul klubu seneqallı futbolçusunu 15 milyon avroya satmaq niyyətindədi.
Məlumata görə, İngiltərənin "Tottenhem", "Lester", "Nyukasl" və "Vest Hem" klubları Badou Ndiayeni heyətinə qatmaq istəyir. Bu klubların nümayəndələri bazar günü keçiriləcək "Trabzonspor"la matçda seneqallı yarımmüdafiəçinin oyununu canlı izləyəcək.
Qeyd edək ki, "Qalatasaray" 27 yaşlı futbolçunu yayda "Osmanlıspor"dan 7,5 milyon avroya alıb. 4 illik müqavilə imzalayan Badou Ndiaye ildə 2,75 milyon avro maaş alacaq.
Fanat.Az