20:10 28.10.2017 1511

Roman Qriqorçuk: "Təəssüf ki, çox böyük hörmət etdiyim hakim..."

"Xal itirdiyimizə görə təəssüf edirəm. Birinci hissədə oynadığımız futbol bizim üçün dərs oldu. Gələcəkdə bundan dərs çıxaracağıq".

Bunu Premyer Liqanın X turunda səfərdə "Zirə”yə 1:2 hesabıyla uduzan "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis birbaşa sualları cavablandırıb:

-Niyə 10 nəfərlə oynayan "Qəbələ” 11 nəfərlə çıxış edən "Qəbələ”dən daha yaxşı çıxış etdi?
- Xal itirdiyimizə görə təəssüf edirəm. Birinci hissədə oynadığımız futbol bizim üçün dərs oldu. Gələcəkdə bundan dərs çıxaracağıq. "Qarabağ” üzərində qələbədən sonra tempi qoruyub saxlamalı idik. Ancaq olmadı.

- Hakimlik barədə nə deyə bilərsiz?
- Təəssüf edirəm ki, bu gün çox böyük hörmət etdiyim hakim bu cür oyun idarə etdi. Bir penaltimizi vermədi.

- Bəs Cavid Hüseynov barədə nə deyə bilərsiz? Kapitan olsa da, hesabda geridə olduğunuz zaman qırmızı vərəqə alaraq, komandanı çətin vəziyyətdə qoydu.
- Əlbəttə, yaxşı hal deyil. O, həm də kapitandı. Bu cür hallara yol verməməlidir. Mən Cavidi çox sevirəm. Ancaq onunla bu barədə söhbət edəcəyəm. Ümid edirəm ki, gələcəkdə bu cür hallar yaşanmayacaq.

- Hakimlikdən şikayət edirsiz. Təkcə problem hakimliklə bağlı idimi? Nəzərə alaq ki, "Qarabağ”la ev oyununda da sizin vurduğunuz qolda ofsayd şübhəsi var idi...
- Ofsayd adlandırdığınız epizodla bağlı sizinlə mübahisə etməyəcəyəm. Bu barədə hərəmizin öz fikri var. Bu gün isə Farizin idarəçiliyi məni doğrudan, təəssüfləndirdi.

- Azərbaycan millisinin baş məşqçisi olacağınızla bağlı iddialar var. Bu barədə nə deyə bilərsiz? Belə təklif olsa, razılaşarsız?
- İndi nə isə deyib, fikirləri qarışdırmaq istəmirəm. Məncə, mənim bu barədə fikir bildirməyim hörmətsizlik olar. Buna görə, bu barədə şərh verməyəcəyəm.

- İlk hissədə Dabonun oyunundan narazı qaldığınız görünürdü. Fasilədən sonra dərhal 3 əvəzetməyə əl atsaz da, onu meydanda saxladız.
- Düzdü, Dabo birinci hissədə müəyyən səhvlər etdi. Məncə, psixoloji cəhətdən hazır deyildi. İlk dəqiqələrdə vurduğu top dirəkdən döndü. Məncə, bu epizod qolla nəticələnsəydi, o, tam fərqli ola bilərdi.("Report”)

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

Facebookdan bizi izləməyi unutmayın.
X