20:11 28.10.2017 1468

Ayxan Abbasov: "Gözəl futbol axtarmıram"

"Qəbələ” bura iddialı gəlmişdi. Ötən tur "Qarabağ”ı məğlub etmişdilər. Bizim üzərimizdə təzyiq var idi. Əvvəlki oyunda məğlub olduqdan sonra, bu matçda qələbə bizim üçün çox vacib idi. Rəqibi yaxşı analiz etmişdik”. Bu sözləri "Zirə”nin baş məşqçisi Ayxan Abbasova məxsusdu.
 
Azərbaycan Premyer Liqasının X turunda öz meydanında "Qəbələ” ilə qarşılaşan qəsəbə klubu 2:1 hesablı qələbə qazanıb.
 
Oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşən gənc məşqçi matçı belə şərh edib: "İlk hissədə iki qol vurduq. "Qəbələ”nin qapısından iki top keçirmək heç də asan deyil. Rəqib ilk hissədə azlıqda qaldıqdan sonra onların fasilədən sonra böyük təzyiq göstərəcəyi bəlli idi. Belə də oldu. Qoldan sonra isə daha da ruhlandılar. Ancaq komandam sona kimi mübarizə apardı. Başımızı aşağı salıb, öz işimizi görəcəyik. Bu xal bizim üçün çox vacib idi”.
 
- İlk hissədə yaxşı oynasaz da, komandanız azlıqda qalmış rəqib qarşısında çox aciz görünürdü...
- "Qəbələ” 9-10 nəfərlə hücum edirdi. İstər-istəməz təzyiq olmalı idi. Əks-hücumlarda qol vurmaq şansımız var idi. Hesab daha böyük ola bilərdi. Komandamın aciz təsir bağışladığını düşünmürəm. 10 nəfərlə qalmaq böyük üstünlük vermir. Bu gün mən gözəl futbol axtarmıram. Bizim üçün vacib olan qələbə idi ki, bunu da əldə etdik.
 
- Təmkin Xəlilzadə penaltini yerinə yetirmək istəyirdi. Onun bu istəyi 5-ci qolu vurub, bombardirlər siyahısında birinci sıraya çıxmaq istəyindən qaynaqlanırdı?
- Bizim penalti vuranlardan biri də Təmkindi. Penaltini özü qazanmışdı. 5-ci qolu vurmaq istəyirdi. Ancaq hər şeyin öz yeri var. Milan Duriç də bizim penalti vuranlarımızdandı. Bu gün oyunu Təmkinin üzərində qurmuşduq. O, yaxşı təsir bağışladı.
 
- Ancaq buna baxmayaraq, ikinci hissənin sonlarında rəqibə zərbə endirdi...
- Biz Təmkinin üzərinə çox gedirik. Həmin epizod emosiyanın nəticəsidi. Ondan qabaq da Duriç onu vurmuşdu. Tərflər hər bir insanı dəyişə bilər. Biz Təmkini qorumalıyıq. Həmçinin də digər klublarda olan istedadlı futbolçuları. Əlbəttə, bu barədə onunla danışacağıq. Bu cür hal yol verilməzdi. Lakin bəlkə, həmin anda mən də, siz də olsanız, o hərəkəti edərdik. Heç kim uduzmaq istəmir. Ancaq dediyim kimi, Təmkin bu cür hallarla gündəmə gəlməməlidi.
 
- Komandanın turnir cədvəlində mövqeyi əlavə təzyiq yaratmır ki?
- Hər günümüz təzyiqdi. Bəziləri "Zirə”nin bu mövqedə olmasını təsadüf adlandırır. Bizi sevməyənlər var. Ancaq dillərinə gətirib, demirlər. Bəlkə də, Premyer Liqada ən zəif şərait bizdədi. Ancaq biz ruhdan düşmürük. Pillə-pillə inkişaf edirik. Təsadüf bir mövsüm olar, iki mövsüm olar. Ancaq biz artıq 3-cü mövsümdü yüksək səviyyədə çıxış edirik. Bu da, klub rəhbərliyinin düzgün siyasətinin nəticəsidi.(apasport.az)

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

Facebookdan bizi izləməyi unutmayın.
X