Almaniyanın Gənclər Liqasında X turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, əsas millimizin üzvü Renat Dadaşovla U-19 yığmamızın futbolçusu Murad Mahmudovun forma geyindiyi "Ayntraxt"ın U-19 komandası "Nürnberq"lə qarşılaşıb.
Oyun Frankfurt təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki futbolçu start heyətində meydana çıxaraq sonadək oynayıb və darmadağında əsas pay sahibi olublar.
Hesabı Murad Mahmudovun ötürməsindən sonra Kabuya açıb. İkinci qolu Murad özü Renat Dadaşovun ötürməsindən sonra vurub. Rodvald oyundakı üçüncü qolun müəllifi olub. Son qolu isə Renat Muradın ötürməsini dəqiq zərbə ilə tamamlayaraq vurub.
Qeyd edək ki, Gənclər Liqasının Cənub zonasında çıxış edən "Ayntraxt" 14 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Frankfurt klubunun ehtiyatda bir oyunu var.
Fanat.Az