Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Atletiko”yla səfərdə üz-üzə gələcək "Qarabağ” artıq Madriddədi.
Fanat.Az-ın Madridə ezam olunmuş əməkdaşı xəbər verir ki, Ağdam klubu bu gün çarter reysi ilə İspaniya paytaxtına yollanıb.
"Qarabağ”ən əsas komandası ilə yanaşı, U-19 komandası da səfərə çıxıb. Madridə yollananlar arasında "Qarabağ”ın prezidenti Tahir Gözəl, futbol veteranlarından İsgəndər Cavadov, Aslan Kərimov, Cahangir Həsənzadə, Azərbaycanın məşhur "Şən və Hazırcavablar Klubu” - KVN-çi Bəhram Bağırzadə və digərlər var.
"Qarabağ”ın ümumi nümayəndə heyəti 108 nəfərdən ibarətdir.
Qeyd edək ki, Madriddə hava limanında "Qarabağ"ı azərbaycanlı azarkeşlər qarşılayıb.
Fanat.Az