Albaniya çempionatında 8-ci turun oyunları keçirilir.
Fanat.Az, xəbər verir ki, Robert Prosineçki dönəmində millimizdən uzaq düşən Rauf Əliyevin komandası "Kukesi” də növbəti matçına çıxıb. "Göy-ağlar" öz meydanında "Vlajniya” ilə üz-üzə gəlib və 2:2 hesablı "sülh"ə razılaşıb. Rauf yenə 90 dəqiqə meydanda olub. Arıdıcl 3 oyunda qol vuran forvard bu matçda 69-cu dəqiqədə sarı vərəqə almaqla fərqlənib.
Qeyd edək ki, 8 oyundan 17 xal yığan "Kukesi” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Fanat.Az