"Atletiko" "Qarabağ"la oyuna ciddi itkilərlə çıxa bilər. Fanat.Az xəbər verir ki, Madrid klubunun iki üzvünün sabahkı matçda oynaması sual altındadı.
Belə ki, Koke və Yannik Karraskonun "Qarabağ"a qarşı oynayıb-oynamayacağı bilinmir. Kokenin zədəsi yeni sağalıb və dünən topla məşqə başlayıb. Karrasko isə trenajor zal?nda məşq edib. Dieqo Simeonenin bu futbolçuları "Qarabağ"la oyunda meydana buraxmayacağı gözlənilir.
Qeyd edək ki, sabah keçiriləcək "Atletiko” – "Qarabağ” görüşü Bakı vaxtı ilə 23:45-də start götürəcək.
Fanat.Az