PSJ-nin baş məşqçisi Unai Emeri komandanın üzvü Neymar haqda danışıb. Fanat.Az xəbər verir ki, UEFA-nın saytına danışan mütəxəssis braziliyalı hücumçusunun Paris klubunda gələcəyi haqda fikirlərini bildirib:
"Neymar gəlib. Gələcək onun istək və motivasiya olmasından asılır. O, lazım olan keyfiyyətlərə sahibdir. O, hər videomüzakirədə diqqətlidir. İlk sırada əyləşir. Ümumiyyətlə, futbolçular taktiki məşğələnin necə vacib olduğunu bilirlər. Əgər mən bu müzakirəni onlarla keçirməsəm, özləri gəlib bunu məndən istəyəcəklər".
Qeyd edək ki, bir müddət öncə Neymarın Emerinin iş üsulundan narazı olduğu və "Barselona"dan ayrıldığına görə peşman olduğu haqda xəbərlər yayılmışdı.
Fanat.Az