Portuqaliyalı məşqçi Joze Mourinyo "Çelsi" ilə 4 illik müqavilə imzaladıqdan sonra komandaya gətirilməsi lazım olan oyunçuların transfer siyahısını hazırlayıb.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, bu siyahının "Top 5"ində isə "Fiorentina"dan Stevan Jovetic, "Mançester City"nin hücumçusu Edin Dzeko, "Porto"nun gənc müdafiəçisi Eliaquim Mangala, "Roma"dan Daniele De Rossi və "Şaxtyor Donetsk"in braziliyalı ulduzu Fernandinyo var.
Keçən il icarəyə verilən oyunçular isə bu il də Mourinyo tərəfindən komandada görülmək istənilmir. Bu beş transferin tamamlanmasını istəyən Mourinyonun mövsüm başında "West Bromwich" komandasına icarə olaraq verilən və komandaya geri dönən Romelu Lukakunu isə komandada görmək istəməyib, təkrarən icarəyə verəcək.
İdman24.az